Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

09 Yanvar 2021 11:50 761


Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə yanvarın 10-da  Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. 

Mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dominos pizza

Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6, gündüz  9-12, Bakıda gecə 4-6, gündüz  9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq. 

Yanvarın 10-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Yanvarın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!