Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

22 Mart 2021 12:28 775


Martın 23-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Yenisabah.az-a verdiyi məlumata görə, martın 23-də

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq,  əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Sezar pizza

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 753 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. 

Martın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin akin gecə və axşam bəzi yerlərdə  yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı  yerlərdə  duman olacaq.  Cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 4-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  5-8 dərəcə isti  olacaq.

Tibbi-meteoroloji proqnoz - Martın 23-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!