Sabah hava necə olacaq?                                    

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?                                    

Sosial

27 Mart 2021 12:23 793


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə  5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə  isti, gündüz 12-14 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi normdan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək.  Sezar pizza

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  2-6 dərəcə  isti, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta,   gündüz  3-8 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!