Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

09 May 2021 12:59 1355


Mayın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər  bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi axşam  mülayimləşəcək.  Dördpendirli pizza

Havanın temperaturu  gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi  758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.   

Nisbi rütubət gecə 70-80 , gündüz 50-55  faiz olacaq. 

Mayın 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı  gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında  duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə  9-13 dərəcə  isti, gündüz  15-20 dərəcə  isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz  7-12 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Mayın 10-da Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!