Sabah hava necə olacaq?   - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq? - Proqnoz

Sosial

11 May 2021 11:40 1139


Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, havanın temperaturu gecə 10-13 isti, gündüz 18-23 dərəcə isti olacaq.

Bakıda gecə 10-12 isti, gündüz 20-22 dərəcə isti olacaq. Pepperoni pizza

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.

Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!