Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

12 İyun 2021 12:04 1064


İyunun 13-də gözlənilən hava şəraiti açıqqllanıb.

Milli Hidrometeorologiya Xidmətinddən Yenisabah.az-a verilən məlumata görə iyunun 13-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 isti, gündüz  25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq.  pizza sifarişi

Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Mülayim şimal-qərb küləyi əsəcək. 

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

İyunun 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, 

bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!