Sabah hava necə olacaq? - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq? - PROQNOZ

Sosial

28 Avqust 2023 13:16 295


Bakıda və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edir. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq. Toyuqlu pizza

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 25-30°, dağlarda gecə 8-13°, gündüz 13-18° olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!