Sabah yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah yağış yağacaq

Sosial

11 Aprel 2021 12:11 930


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.    Toyuqlu pizza

Havanın temperaturu  gecə  8-10 dərəcə, gündüz 17-22 dərəcə isti, Bakıda gecə 8-10 dərəcə, gündüz 20-22 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi  760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq. 

Aprelin 12-də  Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  8-13 dərəcə  isti, gündüz  20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti,  gündüz  10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!