Sabah yaz havası olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah yaz havası olacaq

Sosial

28 Mart 2021 11:52 959


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə  zəif duman, çiskinli olacaq. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, cənub-qərb küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə  5-8 dərəcə isti, gündüz 11-15 dərəcə isti olacaq. pizza

Bakıda gecə 6-8 dərəcə  isti, gündüz 13-15 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi normdan yüksək 772 mm civə sütunu təşkil edəcək, 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Martın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  2-6 dərəcə  isti, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,   yüksək dağlıq ərazilərdə  5-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Martın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!