Milli Hidrometeorologiya Xidməti dekabrın 19-da gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Dördpendirli pizza
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında
Hava əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcəck. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 7-12° isti olacaq.
Telegram kanalımız