Sabahın hava proqnozu: İsti, yağmursuz...

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: İsti, yağmursuz...

Sosial

27 Dekabr 2021 13:02 606


Milli Hidrometeorologiya Xidməti dekabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

 

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Dördpendirli pizza

Şimal-qərb  küləyi əsəcək.

Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi  767 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında  

Əsasən yağmursuz, bəzi  yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz  8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!