Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq

Sosial

01 May 2021 12:44 824


Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə mayın 2-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Mülayim şimal küləyi gündüz arabir güclənəcək.  pizza mizza

Havanın temperaturu  gecə 11-15 dərəcə, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi  762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq. 

Xəbərdarlıq

Mayın 02-si gündüzədək Bakıda və Abşeron yarımadasında  arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.  

Tibbi-meteoroloji proqnoz 

Mayın 2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti  bəzi insanlarda narahatlıq hissi yarada bilər. 

Mayın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, əsasən şimal və  qərb rayonlarında dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər  saatlarında duman olacaq. Şərq küləyi  bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  10-15 dərəcə  isti, gündüz  20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz  9-14 dərəcə isti olacaq. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!