Sabahın hava proqnozu: Yağış yağacağı ehtimalı var

saytların hazırlanması

Evə çatdırılma

Sabahın hava proqnozu: Yağış yağacağı ehtimalı var

Sosial

22 İyun 2022 12:48 1122


Milli Hidrometeorologiya Xidməti iyunun 23-də gölənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər  bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. 

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz  30-34° isti olacaq.  pizza

Bakıda gecə 20-22° isti, gündüz  30-32° isti olacaq.

Atmosfer təzyiqi  748  mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-65  % olacaq.

Sabah. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!