Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sosial

26 May 2024 21:10 732


Qobustan və Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" (İB) məlumat yayıb.

"Qaz İxrac" İdarəsinə məxsus "Mozdok-Qazıməmməd" yüksəktəzyiqli magistral qaz kəmərinin 279-cu km-də, "Yeni Binə" QPS-də giriş kollektorunun fləns birləşməsində aşkarlanmış qaz sızmalarının ləğvi və "Zirə-Şimal DRES" magistral qaz kəmərində aparılacaq təmir işləri ilə bağlı 27.05.2024-cü il tarixində saat 11:00-dan etibarən işlər başa çatanadək "Mərəzə", saat 10:00-dan isə "Yeni Binə-2 əhali", "Yeni Binə-1 sənaye","Zirə 4", "28 May sənaye", "Zirə Qəbul (Paralel)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır", - İstehsalat Birliyi xəbərdarlıq edib. Toyuqlu pizza

Qeyd olunub ki, "təmir işləri aparılan müddətdə Qobustan rayonunun (Mərəzə şəhəri daxil olmaqla rayonunun 12 kəndi, 130 qeyri-yaşayış sahəsi) bir hissəsinin, paytaxtın Xəzər rayonunun (Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış massivləri, Zirə qəsəbəsi, Dübəndi, Dənizkənarı küçəsi və 35 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!