Samiraldodan ürəkdağlayan sözlər: “Kim mənə əl qaldırırsa...”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Samiraldodan ürəkdağlayan sözlər: “Kim mənə əl qaldırırsa...” - Video

Şou

07 Aprel 2023 10:11 1525


Stilist Samiraldo (Samir Əliyev) ona pislik edənlərə səslənib.

Yenisabah.az xəbər verir ki, stilist bu barədə görüntülərini paylaşaraq gileylənib:

“Ay gözəgörünməyən, mənim, arxamca pislik edənlər, çörəyimlə oynayanlar, nə vaxta qədər mənə pislik edəcəksiniz? Siz elə bilirsiniz ki, bu dünyada etdiyiniz pislikləri sizə halal edəcəyəm? Heç vaxt! 47 ildir ki, mənə zərbələr vurursunuz. Siz bu dünyaya hansı məqsədlə gəlmisiniz? Yetimin çörəyi ilə oynamağa, ona zülm verməyə, onu yıxmağa? Allahım, sən hər şeyi yaxşı görürsən. Mən yetim insanam, mənim səndən başqa heç kimim yoxdur. Sən bu vaxta qədər mənə zülm verən insanların cəzasını özün vermisən. Bu Ramazan ayında məni kim incidirsə, əl qaldırırsa, Allahıma cavab verəcək”. pizza sifarişi

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!