Moldova rəhbərliyi Dnestryanıda münaqişənin bərpasına imkan verməyəcək.
Yenisabah.az xəbər verir ki, bunu prezident Maya Sandu Dnestryanıda silahlı münaqişənin başlanmasının 31-ci ildönümü ilə bağlı keçirilən mitinqdə bildirib.
O deyib: "Biz Dnestryanı region ətrafında vəziyyətin kəskinləşməsinin qarşısını almaq naminə ölkədə sülhün qorunması üçün səylərimizi davam etdirəcəyik. Biz dəlibaşların Dnestryanı ərazini yeni hərbi münaqişə meydanına çevirməsinə imkan verməyəcəyik". Sezar pizza
“O vaxt da müharibə istəmirdik və indi də istəmirik.Biz sülhsevər xalqıq və elə dövlət qururuq ki, orada hər kəsə yer olsun. Səylərimiz indi hansı tərəfdə olmasından asılı olmayaraq bütün vətəndaşları birləşdirməyə yönəlib”, - deyə prezident əlavə edib.
Telegram kanalımız