“Sərhədaz.az” saytının baş redaktoru Asim Abdullayev və “RealAzərbaycan.az” saytının təsisçisi Dəyanət Babayevi təhqir etməkdə ittiham olunan İhamə Kərimova saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, ona Cinayət Məcəlləsinin 148-2.2.2-ci (əməlin iki və ya daha çox şəxsə qarşı törədilməsi), 148-2.2.3-cü (şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədilməsi) və 148-2.2.4-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törədilməsi) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə İhamə Kərimova barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. pizza
Telegram kanalımız