Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə izləyicisini təhqir edib.
Yenisabah.az xəbər verir ki, öz şəkillərini izləyiciləri ilə bölüşən ifaçı tənqidlərə tuş gəlib. Belə ki, izləyicilərin bəzisi onu şəhidlərin şəklini paylaşmadığına görə qınayıb.
Ş.Tovuzlu qınaqlara sərt cavab verib. Marqarita pizza
İzləyicilərdən birinin "Səndən həmişə xoşum gəlirdi indi amma gözümdən düşdün. Ancaq öz şəklini paylaşırsan, şəhid şəkli yoxdu səhifəndə. Rəqsanənin səhifəsinə bax, özünü elə göstərsən səni də tanıyarıq" - yazması müğənnini özündən çıxarıb.
O, izləyicisinə "Cəhənnəmə istə. Kor gözünlə yaxşı bax səhifəmə. Gör paylaşmışam, ya yox. Eynək tax" -, deyə cavab yazıb.
Telegram kanalımız