“Səbrin də bir həddi var. Nə qədər olar?!” – Mürvət Həsənli hiddətləndi

saytların hazırlanması

Evə çatdırılma

“Səbrin də bir həddi var. Nə qədər olar?!” – Mürvət Həsənli hiddətləndi

İqtisadiyyat

15 Sentyabr 2026 10:14 120


“And olsun Allaha, sahibkar artıq öz işi ilə məşğul ola bilmir. Həftənin ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir. Sahibkar istehsalı artırmağı, yeni iş yerləri yaratmağı, investisiya qoymağı düşünməli olduğu halda, vaxtını və enerjisini süni maneələrin aradan qaldırılmasına sərf edir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, sahibkar sadəcə qanunun işləməsini, ədalətli münasibəti və fəaliyyətinə əsassız müdaxilə edilməməsini istəyir:

“Cənab Prezident dəfələrlə açıq şəkildə bildirib ki, sahibkarı, fermeri incitmək olmaz, onların fəaliyyətinə maneələr yaradılmamalıdır. Bəs bu tapşırıqları kim eşitməli və kim icra etməlidir? Əgər hər hansı dövlət qurumu qanunsuz və əsassız şəkildə fermeri incidirsə, sahibkarın normal fəaliyyətinə mane olursa, bu, artıq yalnız bir vətəndaşa və ya sahibkara qarşı haqsızlıq deyil. Bu, ölkədə həyata keçirilən sahibkarlığın inkişafı siyasətinə və dövlət başçısının müəyyən etdiyi xəttə zidd yanaşmadır. Dördpendirli pizza

Sahibkar dövlətdən imtiyaz istəmir. Sahibkar sadəcə qanunun işləməsini, ədalətli münasibəti və fəaliyyətinə əsassız müdaxilə edilməməsini istəyir. Ən vacib məsələlərdən biri də budur: bu gün sahibkara yaradılan hər bir əsassız problem sabah onun maliyyə vəziyyətinə birbaşa təsir edir. Sahibkarı heç bir əsas olmadan zərərə salmaq onun istehsal imkanlarını zəiflədir, iş yerlərini risk altına qoyur və nəticədə vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsində ciddi problemlər yarada bilər.

Unutmaq olmaz ki, sahibkarın zərəri yalnız sahibkarın şəxsi problemi deyil. İstehsal azalırsa, məşğulluq azalır; müəssisənin gəliri azalırsa, büdcəyə ödənilən vergilər də risk altına düşür. Yəni sahibkara yaradılan süni maneənin nəticəsi sonda iqtisadiyyata və dövlət büdcəsinə də təsir edir.

Ona görə də sahibkarın vaxtını bürokratiyaya və süni problemlərin həllinə deyil, istehsala, inkişafa, yeni iş yerlərinin yaradılmasına və ölkə iqtisadiyyatına töhfə verməyə sərf etməsinə imkan verilməlidir. Sahibkara problem yaratmaq yox, işləməsinə şərait yaratmaq lazımdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!