Cənubi Koreyanın sabiq birinci xanımına 4 il həbs: Bahalı hədiyyələr alıbmış

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreyanın sabiq birinci xanımına 4 il həbs: Bahalı hədiyyələr alıbmış

Dünya

19 Noyabr 2026 18:48 43


Cənubi Koreyanın Ali Məhkəməsi sabiq birinci xanım Kim Qon Hinin korrupsiya ittihamı üzrə dörd il müddətinə azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Kim Qon Hi yerli avtomobil dilerinə məxsus qiymətli kağızlarla dələduzluqda və Birləşmə kilsəsindən çanta, eləcə də boyunbağı kimi bahalı hədiyyələr almaqda təqsirli bilinib. Ona 4 il həbslə bərabər 50 milyon von (təxminən 64 min manat) məbləğində cərimə də kəsilib. Online shopping Azərbaycan

O, daha bir neçə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edib. Digər korrupsiya işi üzrə apellyasiya instansiyası tərəfindən ona beş il həbs cəzası verilib.

Xatırladaq ki, Prezident Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq hərbi vəziyyət elan edib. Bundan sonra o, hakimiyyətdən kənarlaşdırılıb və dövlət quruluşuna qarşı qiyamda ittiham olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!