Milyarder etiraf etdi: ABŞ seçkilərində pulum havaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Milyarder etiraf etdi: ABŞ seçkilərində pulum havaya getdi

Dünya

20 Noyabr 2026 01:24 44


ABŞ-nin milyarderi İlon Mask seçkilərdə Respublikaçılara dəstək vermək üçün xərclədiyi yüz milyonlarla dollara görə peşman olduğunu etiraf edib. O, bu qədər pul xərcləməsinə baxmayaraq, gözlədiyi nəticəni əldə edə bilmədiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask bu barədə “The New York Times” qəzetinin təşkil etdiyi “DealBook” toplantısına onlayn qatılarkən danışıb. Milyarder ABŞ-əa keçirilən aralıq seçkilər və Ukraynadakı müharibə ilə bağlı fikirlərini bölüşüb.

İlon Mask aralıq seçkilərində Respublikaçılara dəstək məqsədilə 446 milyon dollar xərclədiyini, lakin bu vəsaitin gözlədiyi nəticəni vermədiyini bildirib. İnternet mağaza

“Respublikaçılar bu seçkilərdə açıq şəkildə ağır məğlubiyyətə uğradılar. Bu qədər pul xərcləyib əvəzində ciddi bir nəticə əldə etmədiyim üçün özümü olduqca axmaq hiss edirəm”, – deyə Mask bildirib. O, seçkilərin nəticələrinin ABŞ-də siyasi uğurun yalnız pulla əldə edilmədiyini göstərdiyini vurğulayıb.

İlon Mask Rusiyanın hücumlarından sonra Ukraynanın rabitə infrastrukturunun böyük hissəsinin sıradan çıxdığını, lakin “Starlink” peyk internet sisteminin fəaliyyətini davam etdirdiyini deyib. O, “Starlink”in Ukrayna ordusunun rabitə sistemində əsas rol oynadığını bildirib.

Milyarder Ukrayna Prezidenti Volodimir Zelenskinin “Starlink” peyklərindən hücum xarakterli hərbi əməliyyatlarda istifadə etmək istədiyini, lakin buna icazə vermədiklərini söyləyib. Mask xidmətin fəaliyyətini heç vaxt dayandırmadıqlarını da vurğulayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!