Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - FOTO

Hadisə

19 Noyabr 2026 20:57 141


Qazaxda avtomobil qəzası zamanı ağır xəsarət alan qadının müalicəsi davam edir.

"Yeni Sabah" xəbər verir ki, Qazax rayon, Kəmərli kənd sakini Türkan Mahir qızı Dərgahquliyevanın vəziyyəti ağır olaraq qalır və onun müalicəsi Qazax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda "Tofaş" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində qadının həyat yoldaşı Sənan Hüseyn oğlu Dərgahquliyev və 6 yaşlı qızı, həmçinin baldızının 6 yaşlı oğlu dünyasını dəyişib. Online alış-veriş

Hadisə nəticəsində "Opel" markalı avtomobilin sürücüsü İttifaq İkram oğlu Müssədirov da aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!