İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Bakıya ekstradisiyası həyata keçirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2019-cu ildə "Rx.Sərdaroğulları Holdinq" MMC-nin direktoru vəzifəsində işləyərkən və eyni zamanda faktiki olaraq baş mühasib vəzifəsini icra edərkən, ona etibar olunmuş özgə əmlakını mənimsəyərək talamaqla, ümumilikdə 445 000 manat pul vəsaitini maliyyə əməliyyatları həyata keçirmək və əqdlər bağlamaqla cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırmaqda (Cinayət Məcəlləsinin 179.3.2 və 193-1.3.2-ci maddələri) ittiham olunan Azərbaycan vətəndaşı Zinyət Məmmədrəsul qızı Səfərovanın yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib. Elektronika məhsulları
Nazirliyin sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Zinyət Səfərova Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyədən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Telegram kanalımız