Tramp sammit zamanı yatıb? - Ağ Evdən açıqlama gəldi

saytların hazırlanması

Evə çatdırılma

Tramp sammit zamanı yatıb? - Ağ Evdən açıqlama gəldi

Siyasət

19 Noyabr 2026 22:36 60


Ağ Ev ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı yuxuya getməsi barədə yayılan məlumatları təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun “X” sosial şəbəkəsində paylaşım edib.

O, “Newsweek” jurnalının Trampın Çin Sədri Si Cinpinin çıxışı zamanı yuxuya getdiyinə dair iddiasını əsassız adlandırıb. Online shopping Azərbaycan

“Bu, yalan məlumatdır. Prezident Tramp çıxış zamanı qarşısındakı sənədləri nəzərdən keçirirdi. Onun gözlərinin hərəkəti aydın görünür. İnsanların mediaya bu qədər etimadsız yanaşmasının səbəbi də budur. Onlar daim yalan danışırlar”, – deyə Çun bildirib.

Qeyd edək ki, “Newsweek” jurnalının paylaşımında Trampın APEC sammitinin plenar iclasında yuxuya getdiyi iddia olunub./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!