Rusiya və Gürcüstan arasında mühüm görüş

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Gürcüstan arasında mühüm görüş

Dünya

19 Noyabr 2026 20:25 62


Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Minskdə (Belarus) Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb.

Globalinfo.az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın aktual məsələləri, xüsusilə ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Bakıda online alış-veriş

Görüşün yekunlarına görə bir sıra praktiki razılaşmalar əldə olunub. Bundan əlavə, iştirakçılar Moskva və Tbilisi arasında münasibətlərin gələcək inkişaf maraqları naminə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Hər iki nümayəndə heyətinin rəhbərləri görüşün təşkilində göstərdiyi köməyə görə Belarus tərəfinə minnətdarlıqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!