“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq” 

saytların hazırlanması

Evə çatdırılma

“Sədərək” Ticarət Mərkəzindən qərar: “Yer pulu alınmayacaq” 

Sosial

23 Dekabr 2020 09:12 1290


"Sərt karantin müddətində "Sədərək" Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi üçün sahibkarlardan yer pulu alınmayacaq".

“Yeni Sabah” bildirir ki, bunu redaktor.az-a açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədim deyib. O, karantin müddətində sahibkarlardan yer pulunun alınması məsələsinə aydınlıq gətirib:

"Bundan əvvəlki karantin rejimində olduğu kimi, "Sədərək"də fəaliyyət göstərən mağazalar karantin müddətində fəaliyyət göstərmədiyi üçün onlardan yer pulu alınmayacaq". pizza

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!