Səfər Mehdiyevin tələbə yoldaşı da işdən çıxarıldı, yerinə isə..

saytların hazırlanması

Evə çatdırılma

Səfər Mehdiyevin tələbə yoldaşı da işdən çıxarıldı, yerinə isə..

Sosial

25 İyul 2022 14:57 40274


Dövlət Gömrük Komitəsinin İnsan Resursları idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərhad Babayev vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə TİA.Az-ın əldə etdiyi məlumatda qeyd olunur. O, 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Elə həmin il Səfər Mehdiyevin komitə sədri təyin olunması F.Babayev üçün karyera pillələrində irəliləmək üçün yeni şans qazandırıb. pizza

Buna səbəb kimi F.Babayevlə keçmiş komitə sədri S.Mehdiyevin tələbə yoldaşı olmalarıdır. Komitə sədri vəzifəsini itirən S.Mehdiyevin ardınca tələbə yoldaşı da işini itirib. Məlumata görə, onun yerinə Nərgiz Məmmədova təyin olunub. O, S.Mehdiyev komitə sədri olana qədər sözügedən idarənin rəisi idi. Lakin Mehdiyev Məmmədovanı kənarlaşdıraraq yerinə tələbə yoldaşı Babayevi təyin etmişdi. Şahin Bağırovun gömrükdə 1-ci müavin təyin olunmasından çox keçməmiş N.Məmmədova yenidən köhnə işinə qaytarılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!