“Sepah” generalı İsraili hədələdi:  “Raketlərimiz Hayfanı hədəfə alacaq”

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” generalı İsraili hədələdi: “Raketlərimiz Hayfanı hədəfə alacaq”

Dünya

23 Oktyabr 2023 15:02 357


"Lazım gələrsə, ballistik raketləri birbaşa Hayfaya doğru atacağıq".

Yenisabah.az Didban-e Iran-a istinadla xəbər verir ki, bunu "Sepah" genralı Əli Fədəvi deyib.

O, HƏMAS-İsrail müharibəsindən danışarkən qeyd edib ki, "Əl-Əqsa tufan"ı əməliyyatından sonra israillilər şokdadır:  pizza hut

"10 gündür qurudan hücuma hazırlaşacağıq deyirlər. Bu gün kiçik bir əməliyyat keçirdilər və nəticəsini görüb qaçdılar. İsrail daxildə də böyük bir problemlə üzləşib”.

General Fədəvi vurğulayıb: "Bəziləri elə bilir ki, İran fələstinlilərə silah verir, amma belə deyil, silahı özləri istehsal edirlər. Yəmənliləri gördünüz, yüksək zəkaları ilə amerikalıları dəhşətə gətirən 2000 kilometrlik raket düzəldirlər".

"Sepah" genralı əlavə edib: "Dəmir Qübbə"nin uğur göstəricisi cəmi 30%-dir. Lazım gələrsə, ballistik raketlərimizi birbaş Hayfaya atacağıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!