Şəhid ailələri ziyarət olundu

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələri ziyarət olundu

Sosial

20 Mart 2021 12:25 1030


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrini ziyarət edir, onların qayğısına qalırlar. 

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şöbə əməkdaşları Novruz Bayramı ərəfəsində Qarabağın azadlığı uğrunda aparılan Vətən müharibəsində şəhid olan 50 hərbi qulluqçunun ailəsini ziyarət edərək, şəhidlərin valideynlərinə vətənpərvər övladlar böyütdüklərinə görə minnətdarlıqlarını bildiriblər. Şanlı qələbəmizin igid oğullarımızın adı ilə bağlı olduğunu qeyd edən polis əməkdaşları, ailələrin problemləri ilə maraqlanıblar, bayram münasibəti ilə gətirdikləri sovqatları onlara təqdim ediblər. 

Şəhid ailələri Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə öz təşəkkürlərini bildiriblər. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!