Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.
Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və müharibə əilləri cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr.
Bəzən diqqətdən kənarda qalan, məmur laqeydliyi ilə üzləşənlər də olur. KİV həmin insanların problemlərini ictimailəşdirməklə əlaqədar qurumların diqqətini bu sahəyə yönəldə bilir. pizza mizza
Bəxtiyar Məmmədli jurnalistdir, uzun illərdir ölkənin aparıcı KİV-lərində çalışır. Bəxtiyar Məmmədlinin atası Məmmədov Feruz Heydər oğlu 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı şəhid olub: “Bu günə qədər ziyarət edəcəyimiz qəbri belə yoxdur. Eləcə də dayım Məmmədov İlham Allahyar oğlu Ağdamın Fərrux kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub: "1992-ci ildən Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşmışıq. Dəfələrlə anam mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət edib. Eləcə də, özüm son bir ildə Jurnalistlər üçün tikilmiş bina ilə bağlı ard-arda müraciət etmişəm".
Jurnalist fikirlərini belə davam etdirib: "Şəhid ailələri, müharibə əlilləri və qazilərin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ümid edirəm ki, tezliklə biizm də mənzil problemimiz həllini tapacaq".
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız