Şəhid hərbçi Mingəçevirdə dəfn olundu

saytların hazırlanması

Evə çatdırılma

Şəhid hərbçi Mingəçevirdə dəfn olundu

Sosial

05 May 2021 19:26 919


Vətən müharibəsində şəhid olan hərbçimiz Mingəçevirdə dəfn edilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. pizza hut

Dövlət himni səslənib, yaylım atəşi açılıb və şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!