Şəhid Masim Qurbanov dəfn edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Masim Qurbanov dəfn edildi - Fotolar

Sosial

10 Yanvar 2021 15:48 1276


Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Masim Qurbanov dəfn edilib.

Yenisabah.az xəbər verir ki, Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Qurbanov Masim Hafiz oğlunun nəşi doğulduğu Masallı rayonunun Ərəb kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin atası, Birinci Qarabağ savaşının iştirakçısı olmuş II qrup Qarabağ müharibəsi əlili Hafiz Qurbanova təhvil verib. /APA Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!