Şəhid övladları Türkiyədə pulsuz təhsil alacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Şəhid övladları Türkiyədə pulsuz təhsil alacaqlar

Sosial

17 Dekabr 2021 17:31 902


Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir müddət öncə şəhid övladlarının Türkiyədə ödənişsiz ali təhsil ala biləcəkləri barədə məlumat vermişdi. 

Məsələ ilə bağlı Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Qurumu Baş İdarəsindən Yenisabah.az-a bildirilib ki, gələn ildən 30 şəhid ailəsinin üzvləri qardaş ölkədə ödənişsiz təhsil ala biləcəklər.

“Şəhid övladları, onların yaxınlarına dəstək veriləcək. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tövsiyəsi ilə “YAŞAT” Fondu ilə əməkdaşlıq edirik. Biz hər il 130 azərbaycanlı tələbənin Türkiyədə ali təhsil almasına dəstək verirdik. Artıq gələn ildən  şəhid ailələri, onların yaxınlarına da bu imkan yaradılacaq. Öncə onlar nəzərə alınacaq”.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!