“Şəhid Xudayarla bağlı “status”a görə bloqerdən 10 min təzminat alına bilər” - Vəkil

saytların hazırlanması

Evə çatdırılma

“Şəhid Xudayarla bağlı “status”a görə bloqerdən 10 min təzminat alına bilər” - Vəkil

Sosial

01 May 2021 16:51 1017


"Şəhid Xudayar Yusifzadənin anası Rada xanımla əlaqəsi olan vəkillər, ondan etibarnamə alıb, Fuad Rəsulzadəyə qarşı mülki qaydada mənəvi zərərinin ödənməsi ilə bağlı iddia qaldırsalar, bu iddialarında dəqiq uğurlu olacaqlar".

Yenisabah.az xəbər verir ki, bu təkliflə tanınmış vəkil Fərhad Mehdiyev çıxış edib.

Vəkil qeyd edib ki, bununla bağlı 10 min manat kimi mənəvi zərərin ödənilməsi istənilə bilər: Marqarita pizza

"İnsanın cibindən pul çıxanda, bu ən yaxşı cəzalardan biridir. Düşünürəm ki bu qəbildən addımlar gələcəkdə digər şəxsləri də şəhidlərimizə qarşı ehtiyatlı olmağa sövq edəcək".

Qeyd edək ki, bloqer Fuad Rəsulzadə sosial şəbəkədə şəhid Xudayar Yusifzadə ilə bağlı xoş olmayan ifadə işlətdiyinə görə tənqid olunmuş və bir qrup şəxs tərəfindən döyülmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!