Şəhidimiz 31 il sonra dəfn edildi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Şəhidimiz 31 il sonra dəfn edildi - FOTOLAR

Sosial

23 Avqust 2023 17:54 1483


Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanıb. Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 nəfərindən biri Abşeron rayonu Qobu qəsəbə sakini, 1951-ci il təvəllüdlü gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşib. 

Abşeron İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, onun nəşi bu gün Qobu qəbiristanlığında nəvəsi - Vətən müharibəsi şəhidi Qasımov Gülverdi Abil oğlunun yanında dəfn olunub. 

Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib. Dominos pizza

Gülverdi Hüseynov sovet ordusunda xidmət edən zaman Birinci Qarabağ müharibəsi başlayandan sonra vətənə qayıdaraq könüllü şəkildə cəbhəyə gedib və gizir kimi vətəninə xidmət edib. 26 yanvar 1992-ci ildə Gülverdi Hüseynovun Şuşa rayonu, Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxt ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb. 

Qeyd edək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən müharibəsində könüllü olaraq vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb. 

Dəfn mərasimində şəhidin ailə üzvləri bildirib ki, uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Gülverdi Hüseynovun nəşinin tapılmasını, ziyarət edəcəkləri qəbrinin olmasını arzulayıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!