Şəhidin qız övladı doğuldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin qız övladı doğuldu - Fotolar

Sosial

25 Mart 2021 13:57 1072


Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid Nadir Nadirlinin qız övladı doğulub.

Yenisabah.az xəbər verir ki, şəhidin doğum günündə dünyaya göz açan körpənin və anasının səhhəti yaxşıdır.

Atasının vəsiyyətinə uyğun olaraq körpəyə Nadya adı qoyulub. Dominos pizza

Qeyd edək ki, şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!