Şəhidin son sözü: Mənim hiss etdiyim ətri hiss etmirsən -  Video
13 Yan 2021 13:49
241

Şəhidin son sözü: Mənim hiss etdiyim ətri hiss etmirsən - Video

1994-cü ildə Daşkəsəndə doğulan Həsən Abdullayev Gəncədə 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan ordusunda MAHHXHQ əsgər olub.

Yenisabah.az xəbər verir ki, şiddətli döyüşlər gedən zaman Həsən Abdullayev döyüş yoldaşlarının nəşinin yanında 3 gün sağ qalır. Daha sonra xüsusi təyinatlı dəstənin üzvləri onun sağ olduğunu görür və Həsən onlara qoşulub yenidən döyüşlərə davam edir.

Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Həsənin anası oğlunun ölümündən 3 gün əvvəl onun fikriylə vəfat edir. Ana baladan, bala anadan xəbərsiz dünyadan köçür.

Son nəfəsində dostuna "mənim hiss etdiyim ətri hiss etmirsən" deyən 26 yaşlı igid "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

26 yaşlı igidin həyat və döyüş yolundan ailəsi, dostları, döyüş yoldaşları "Ölməzlər"ə danışdılar. (Trend)

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər