Səhiyyə Nazirliyinin rəsmisindən karantinlə bağlı ŞAD XƏBƏR: maska, fitnes...

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə Nazirliyinin rəsmisindən karantinlə bağlı ŞAD XƏBƏR: maska, fitnes...

Sosial

06 May 2021 11:53 2127


"Yumşaldılma və ya sərtləşdirilmə epidemioloji vəziyyətdən asılır. Hazırda ikili mutasiyadan ibarət Hindistan ştammı var və çox sürətlə yayılır. Lakin onun daha ölümcül və ağır xəstəliyə səbəb olduğu tam sübuta yetirilməyib. Eyni zamanda inkar da edilməyib".

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov "ARB 24"də yayımlanan "Nə baş verir?" verilişində danışıb.

Onun sözlərinə görə, bəzi ölkələr Hindistanla olan əlaqələri kəsir və bu ölkədən gələn vətəndaşlara 21 günlük karantin tətbiq edir: "Çünki hamı ehtiyat tədbirləri görməlidir. Bu tədbirlər heç zaman diqqətdən kənarda qalmamalıdır. pizza hut

Azərbaycanda mövcud vəziyyəti nəzərə alaraq uçuşların, gediş-gəlişin, sərhədlərin açılmasının hələ iyunun 1-nə qədər qapalı olmasını nəzərə alaraq ölkəmizdə yumşaldılmanın aparılması nəzərdən keçirilə bilər. Bu, davamlı müzakirə mövzusudur. Açıq havada maskaların taxılması məsələsi əgər kütləvi toplaşma yoxdursa, bu nəzərdən keçirilir. Sonra fitnes və idman zallarının açılması məsələsi, bununla yanaşı açıq və qapalı yerlərdə insanların toplaşması ilə bağlı saylar da müzakirə olunur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!