“Sepah“ generalı: Özünüzü farsca təqdim edin

saytların hazırlanması

Evə çatdırılma

“Sepah“ generalı: Özünüzü farsca təqdim edin

Dünya

23 İyun 2023 14:27 771


Hörmüz boğazından keçmək istəyən hər bir gəmi özünü fars dilində təqdim etməlidir.

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlireza Təngsiri deyib.

“Tağut (şah) dövründə bizə (İrana - red.) Hörmüz boğazı yoluna nəzarət etmək icazəsi verilmədi, lakin indi hər gəmi, hər kater və hər bu boğazdan keçmək istəyən hər bir qayıq özünü farsca təqdim etməlidir", - deyə İİKK rəsmi vurğulayıb. pizza mizza

O əlavə edib: "O hansı ölkəyə məxsus olduğunu, yükünü və təyinat yerini bildirməlidir və əgər bunu etməsə, mütləq onu izləyəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!