Səudiyyəli nazir niyə XİN zalının dəyişdirilməsini tələb etdi? -   Tehranda qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyəli nazir niyə XİN zalının dəyişdirilməsini tələb etdi? - Tehranda qalmaqal

Dünya

18 İyun 2023 10:44 1118


İyunun 17-də Tehrana gələn Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərəhan vəzifədaşı Hüseyn Əmir Abdullahianla görüşdükdən sonra qalmaqal yaşanıb.

Yenisabah.az xəbər verir ki, XİN rəhbərlərinin mətbuat konfransı keçirməli olduğu zal dəyişdirilib.

Çoxsaylı media nümayəndələrinin toplaşdığı salona toplaşanlar digər məkana keçməli olub. Dördpendirli pizza

İran XİN-in sözçüsü Naser Kənani sonradan bunu texniki nasazlıqla əlaqələndirsə də, eyhamlardan Feysəl bin Fərəhanın bu addımı İİKK "Qüds" qvardiyasının keçmiş komandanı Qasim Süleymaninin divardakı fotosuna görə atdığı məlum olub.

Xarici işlər naziri mətbuat konfransı zamanı arxa fonda "Sepah" generalının əksinin olmasından rəncidə olub. Buna görə də zalın dəyişdirilməsinə təkid edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!