Şeyxin modelyer oğlu öldü   - Narkotikdən

saytların hazırlanması

Evə çatdırılma

Şeyxin modelyer oğlu öldü - Narkotikdən

Şou

03 İyul 2019 13:07 1685


Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyinin rəhbəri Sultan bin Muhammed əl-Qasıminin oğlu şeyx Xalid bin Sultan əl-Qasımi müəmmalı şəkildə vəfat edib.

“Yeni Sabah” "CNN Türk"ə istinadən xəbər verir ki, Londonda istirahətdə olan şeyx oğlu evində ölü tapılıb.

Modelyer kimi fəaliyyət göstərən və gecə partilərinə düşkün olan Xalid bin Sultanın narkotikdən ölə biləcəyi iddia olunur.

Hazırda ölkədə bütün bayraqlar endirilib və 3 gün matəm elan olunub. Hadisəylə bağlı araşdırma aparılır.

Qeyd edək ki, şeyxin böyük oğlu da 1999-cu ildə həddən artıq narkotik qəbul etdiyi üçün ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!