Siyavuş Novruzovdan “Bu şəhərdə”nin parodiyasına reaksiya – “…İstəmirəm”
15 Sen 2020 11:59
3438

Siyavuş Novruzovdan “Bu şəhərdə”nin parodiyasına reaksiya – “…İstəmirəm”

Xəbər verdiyimiz kimi “Bu şəhərdə” komandası bu dəfə millət vəkili Siyavuş Novruzovu parodiya edib.

“Yeni Sabah” xəbər verir ki, Moderator.az-a açıqlamasında S.Novruzov bu haqda danışmaq istəmədiyini bildirib:

““Bu şəhərdə” məni parodiya etsin də, nə olsun. Heç nəyə cavab vermək istəmirəm”-deyərək o, dəstəyi yerə qoyub. 

Xatırladaq ki, “Real Siyavuş Novruzov” adlı səhnəcikdə aktyor Coşqun Rəhimov Mirşahin Ağayevin, Rafael İsgəndərov isə Siyavuş Novruzovun obrazı canlandırılıb. Süjetdə S.Novruzovun akademik R.Mehdiyevin nəvəsinin toyunda iştirakıyla bağlı çıxışları tənqid edilib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər