Sloveniya dövləti Ukraynaya 28 ədədə “T55C2 tankı göndərəcək ki, bunun da əvəzində Almaniyadan 35 ağır yük maşını və beş ağır tanker alacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Sloveniya televiziyası məlumat yayıb.
"Belə bir mübadilə Sloveniya və Almaniya arasında müdafiə əməkdaşlığını gücləndirəcək", - Sloveniyanın baş naziri Robert Qolobun şərh edib. pizza sifarişi
Dövlət Televiziyasının məlumatına görə, söhbət 1990-cı illərin əvvəllərində Yuqoslaviyanın dağılmasından sonra Sloveniya ərazisində qalan Yuqoslaviya Xalq Ordusunun arsenalından olan tanklardan gedir.
2001-ci ilə qədər 30 belə tank israilli mütəxəssislərin iştirakı ilə modernləşdirilib ki, bu da 52 milyon avroya başa gəlib, lakin 2006-cı ildə bu tanklar konservasiyadan keçib.
Xatırladaq ki, 2018-ci ildən etibarən Sloveniyanın Müdafiə Nazirliyi onları satışa çıxarıb, lakin hərbi texnika ilə birlikdə yalnız bir tankı 820 min avroya sata bilib.
Telegram kanalımız