YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
ŞOK VİDEO: Ruslar insanları öldürərək əylənir

ŞOK VİDEO: Ruslar insanları öldürərək əylənir

Hadisə

29 Sentyabr 2022 12:27 6817


Ukrayna polisi Qostomel yaxınlığındakı “insan ovu”nu həyata keçirən rusiyalı hərbçilərdən beşinin kimliyini müəyyənləşdirib.

Bu barədə tanınmış rusiyalı bloqer Rüstəm Adaqamov özünün sosial şəbəkə hesabından məlumat verib.

O, paylaşımına həmin anların əks olunduğu kadrları da əlavə edib.

Bloqerin sözlərinə görə, görüntülər 2022-ci il fevralın 25-nə aiddir. Videoda Krasnoyarsk OMON-un döyüşçülərinin bir neçə saat ərzində yoldan keçən maşınları atəşə tutması əks olunub.

“Bu əclaflar özləri üçün safari turu təşkil edərək əyləniblər”, - deyə o, qəzəblə yazıb.

Adaqamov həmin günü azı 11 nəfərin öldüyünü, daha 15 nəfərin isə yaralandığını bildirib.

“Ölənlər arasında Rusiya, Almaniya vətəndaşı və Daxili İşlər Nazirliyinin Buça şəhəri üzrə idarəsinin iki əməkdaşı da var”, - deyə o əlavə edib.

Videonun sonunda Ukrayna polisi “insan ovu”nda iştirak edən Rusiya Milli Qvardiyasının hərbçilərinin kimliyini açıqlayıb.

“Ümid edirəm ki, nə vaxtsa onlar törətdikləri cinayətin cəzasını alacaqlar”, - deyə Adaqamov sözlərini yekunlaşdırıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!