Hindistanın Madhya-Pradeş ştatında koronavirusun “Delta+” ştammından ilk ölüm halı baş verib.
Yenisabah.az xəbər verir ki, bu variant geniş yayılmış “Delta” variantının mutasiyasıdır (B.1.617.2).
"Qeyd edək ki, “Delta+” ştammı tapılan beş nəfərdən dördü peyvənd edilib və hazırda sağlamdırlar. Ancaq peyvənd vurdurmayan xəstə virusdan ölüb. Bu səbəbdən hamını vaksinasiyaya çağırırıq”, - deyə ştatın naziri Vişvas Saranq jurnalistlərə açıqlamasında vurğulayıb. Marqarita pizza
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, yeni ştamma yoluxmuş qadın 23 mayda ölüb, onun “Delta+” ştammına yoluxması testlərdən sonra məlum olub. Qadinin ərində də koronavirus tapılıb. Amma o daha əvvəl peyvənd vurdurubmuş. Qadın isə peyvənd vurdurmayıb.
Telegram kanalımız