Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini ölkə parlamentinə göndərməyə razılıq verib.
Yenisabah.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüs sammitinin açılışı ərəfəsində bildirib.
O deyib: “Mən məmnuniyyətlə xəbər verirəm ki, prezident Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu ən qısa zamanda Böyük Millət Məclisinə göndərməyə və ratifikasiyanı təmin etmək üçün onunla yaxından işləməyə razılıq verib”. Dördpendirli pizza
Sammit ərəfəsində Türkiyə prezidenti və İsveçin baş naziri Ulf Kristerssonla görüşən Stoltenberq İsveçin NATO-ya üzvlüyündən çıxış yolu tapmağa çalışıb.
Xatırladaq ki, İsveç və Finlandiya ötən il alyansa qoşulmaq üçün müraciət etmişdilər.
Telegram kanalımız