Sumqayıtda işıq kəsiləcək

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda işıq kəsiləcək

Sosial

24 Oktyabr 2024 09:50 540


Bu gün Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq. Pepperoni pizza

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sumqayıtda 9, 10, 12, 14-cü mikrorayonlarda, eləcə də bəzi məhəllələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!