Suraxanıda daha bir küçə asfaltlandı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda daha bir küçə asfaltlandı - Fotolar

Sosial

24 May 2021 17:06 1221


Suraxanı rayonunun müxtəlif qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

Yenisabah.az xatırladır ki, uzun illərdir Əmircan-Hövsan yolunun sağ tərəfində Bahar yaşayış sahəsinin qarşı hissəsində yerləşən, Əfqanıstan Veteranları üçün ayrılmış ərazidə salınan yaşayış sahəsinin sakinləri yolsuzluqdan əziyyət çəkirdilər.

Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə sözügedən yaşayış sahəsində Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyi tərəfindən 9000 kv.m asfalt örtüyü salınmışdır. Həmçinin, orada yaşayan sakinlərin dəstəyi ilə kanalizasiya xətləri çəkilmişdir. Hazırda işlərin davamı olaraq Agentlik tərəfindən 9500 kv.m asfaltlanma işləri aparılır. Marqarita pizza

Qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı sakinlərlə görüşərək görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmış və aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!