30 Sentyabr - 01:28
Suraxanıda şəhid doğum günündə anıldı - FOTOLAR

Suraxanıda şəhid doğum günündə anıldı - FOTOLAR

Sosial

01 Avqust 2022 11:30 486


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu İsmayılov Sərdar Sərvər oğlunun doğum günü olub. 

Yenisabah.az xəbər verir ki, bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, şəhid ailələrinin üzvləri, rayon sakinləri Şəhidin doğum günündə onun xatirəsini məzarı və bulaq-abidə kompleksi önündə ehtiramla yad etmiş, eləcə də adının əbədiləşdirilməsi məqsədilə Şəhid Sərdar İsmayılov adına Zəfər İdman Klubunun açılış mərasimində iştirak etmişlər.

Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır. Sərdar kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir. Həmçinin, Vətən müharibəsindəki parlaq tarixi Qələbəmizin gənclərin tərbiyəsində mühüm əhəmiyyətindən bəhs edən RİH başçısı Şəhidimizin adını daşıyan Zəfər İdman Klubunun da gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında önəmli rol oynayacağını əminliklə vurğulamışdır.

Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlərdə vuruşan Sərdar İsmayılov 4 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!