Aİ diplomatı Josep Borrell Suriya xalqına dəstəyin davam etdirilməsinə çağırıb, habelə 2023-2024-cü illərdə maliyyə yardımı planlarını təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, o, beynəlxalq donor konfransında deyib:
“Qonşu dövlətlərdə - Türkiyə, Livan, İordaniya, Misir və İraqda yaşayan suriyalı qaçqınların ehtiyaclarını və onları qəbul edən icmaların ehtiyaclarını da unutmaq olmaz. Biz Suriya xalqının və bölgənin hamımıza bəslədiyi ümidi dəstəkləməliyik”. Toyuqlu pizza
Borrell əlavə edib: “2023-cü il təqvim ili üçün Suriyadakı suriyalıların, qaçqınların və onların bölgədəki icmalarının xeyrinə 1,5 milyard avro ayırmaq üçün keçən il Avropa İttifaqı adından verdiyim vədi təsdiqləməkdən məmnunam. Sizi əmin edə bilərəm ki, 2024-cü təqvim ili üçün Aİ 560 milyon avro verəcək”.
Onun sözlərinə görə, ölkədə yaşayan suriyalıların 90%-i yoxsulluq içərisindədir, 60%-i ərzaq çatışmazlığından əziyyət çəkir. “Təəssüf ki, son bir ildə BMT-nin xüsusi elçisi Geir Pedersenin yorulmaz səylərinə baxmayaraq, Suriya münaqişəsinin həllində çox az, çox cüzi irəliləyiş əldə edilib”.
Telegram kanalımız